Bank Of Baku

İran ABŞ-ı məsuliyyətli davranmağa çağırıb

İran ABŞ-ı məsuliyyətli davranmağa çağırıb
# 26 dekabr 2011 07:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ABŞ-ı açıqlamalarında məsuliyyətli olmağa dəvət edib. APA-nın xəbərinə görə, R. Mehmanpərəst İranın öz ərazisində “Əl-Qaidə” üçün işləyən və bu terror təşkilatına maliyyə toplayan hər hansı şəxsi himayə etmədiyini deyib: “İzzədin Abdul Əziz Xəlil adıyla da bilinən adamın İrana sığındığı iddiası tamamilə əsassızdır. ABŞ bununla ölkəmizi məlum 11 sentyabr hadisələri üçün qurduğu ssenaridə günahkar göstərməyə çalışır”.

Sözçü bildirib ki, dünya ABŞ səlahiyyətlilərinin bu cür məsuliyyətsiz hərəkətlərinin doğura biləcəyi nəticələri düşünməlidir.

Qeyd edək ki, ABŞ hökuməti “Əl-Qaidə” terror təşkilatının üzvü Yasin əl-Surinin yaxalanması üçün 10 milyon dollar məbləğində mükafat müəyyən edib. ABŞ Dövlət Departamentinin bununla bağlı dekabrın 23-də yaydığı bəyanatda deyilir ki, pul mükafatı Yasin əl-Surinun ələ keçirilməsinə yardım göstərən şəxsə veriləcək. Yasin əl-Suri 1982-ci ildə Suriyada doğulub. Bəyanatda iddia olunur ki, Yasin əl-Suri İran hökuməti ilə “Əl Qaidə” arasındakı razılıq əsasında 2005-ci ildən İranda yaşayıb fəaliyyət göstərir və indiyədək İrandan “Əl-Qaidə”nin Əfqanıstan və İraqdakı rəhbərlərinə külli miqdarda pul göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR