Bank Of Baku

İsrail Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinə qarşı çıxıb

İsrail Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinə qarşı çıxıb
# 26 dekabr 2011 12:32 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail parlamentinin Təhsil, Mədəniyyət və İdman Komitəsi 1915-ci il hadisələrinin “erməni soyqırımı” olaraq xatırlanmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxardıb. Layihə 24 aprel tarixinin “erməni soyqırımı” günü kimi qeyd olunmasını nəzərdə tutur.
Parlamentin sədri bildirib ki, “erməni soyqırımı” ilə bağlı müzakirələr siyasi deyil, əxlaqi şəkildə aparılmalıdır: ”Soyqırımı inkar tarixin barışa bilməyəcəyi bir şeydir”.
Knessetin Təhsil, Mədəniyyət və İdman Komitəsində müzakirəyə çıxarılan layihəni qiymətləndirən İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi isə bu addımın mövcud şəraitdə Türkiyə ilə əlaqələri çox ciddi şəkildə təhdid edə biləcəyi xəbərdarlığını verib: “Türkiyə ilə münasibətlərimiz bu anda çox həssas və kövrəkdir. Həddi aşmamaq lazımdır. Əks halda ciddi strateji nəticələr doğa bilər”.

İsraildə daha əvvəl “erməni soyqırımı” iddialarının tanınması cəhdləri Türkiyəni narazı salmamaq məqsədilə qəbul olunmayıb. Xarici İşlər və Müdafiə Komitəsinə təqdim edilən layihələr mətbuatla bağlı yığıncaqlarda rədd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR