Bank Of Baku

İranda daşqalaqla ölümə məhkum edilən Səkinə Aştianiyə dəstək üçün imzatoplama kampaniyası başlayıb

İranda daşqalaqla ölümə məhkum edilən Səkinə Aştianiyə dəstək üçün imzatoplama kampaniyası başlayıb
# 27 dekabr 2011 01:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda ərinə xəyanətdə və onun qətlə yetirilməsində təqsirləndirilərək daşqalaqla ölümə məhkum edilən Səkinə Məhəmmədi Aştianiyə dəstək üçün dekabrın 26-da imzatoplama kampaniyası başlayıb. Bu barədə APA-ya kampaniyanın təşkilatçılarından, Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmi bildirib: “Səkinə Məhəmmədi Aştiani barəsində çıxarılmış daşqalaq edilməklə ölüm hökmünün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılsa da, yenidən gündəmə gəlib. İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani azərbaycanlı qadının dar ağacından asılmaqla edam edilməsinin mümkünlüyünü bildirib. Bu, qeyri-sivil qərara etiraz olaraq Türkiyədə yaşayan bir qrup azərbaycanlı fəal imzatoplama kampaniyası keçirməyi qərara aldıq”. Elçin Hatəmi elektron formada keçirilən imzatoplama kampaniyasına yalnız azərbaycanlıların deyil, dünyanın bir çox ölkələrində yaşayan xarici vətəndaşların da fəal şəkildə qatıldığını bildirib: “Kampaniyaya ABŞ, İsveç, Böyük Britaniya, Hollandiya və başqa bir çox ölkələrdə qeydiyyatdan keçən insanlar qoşulub. Hamısı azərbaycanlılar deyil, sıralarında əcnəbilər də çoxluq təşkil edir. Kampaniyanın ilk bir saatında 39 nəfər iştirak edib, bu, başlanğıc üçün yaxşı rəqəmdir. Elektron imzaların nəticəsini yekunlaşdırıb beynəlxalq təşkilatlara göndərəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR