Bank Of Baku

İranda həbs edilən ABŞ casusunun məhkəməsi keçirilib

İranda həbs edilən ABŞ casusunun məhkəməsi keçirilib
# 27 dekabr 2011 16:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Dekabrın 27-də Tehran İnqilab Məhkəməsində İranda həbs edilən ABŞ casusunun ilkin məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, İran əsilli ABŞ vətəndaşı Əmir Mirzəyi Hikməti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilir.

Müttəhimin öz etirafları əsasında hazırlanmış iddianamə Tehran prokurorluğunun nümayəndəsi tərəfindən oxunulub. İddianamədə 1983-cü il təvəllüdlü Əmir Mirzəyi Hikmətinin İran dövləti əleyhinə ABŞ və bu ölkənin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyi qeyd olunub. Məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul edən Əmir Mirzəyi Hikməti ABŞ-ın səlahiyyətli şəxsləri tərəfindən aldadıldığını, İrana gələrək bu ölkədə qalmaq istədiyini və bir daha ABŞ-a dönmək niyyətinin olmadığını deyib.

İlkin məhkəmə prosesində hakim lazımi araşdırmalardan sonra Əmir Mirzəyi Hikməti barəsində hökm çıxarılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR