Bank Of Baku

İran Azadlıq Hərəkatının 80 yaşlı rəhbəri barəsində hökm çıxarılıb

İran Azadlıq Hərəkatının 80 yaşlı rəhbəri barəsində hökm çıxarılıb
# 28 dekabr 2011 12:26 (UTC +04:00)
APA-nın məlumatına görə, vəkil Məhəmmədəli Dadxah Tehran İnqilab Məhkəməsinin qərarı ilə İ. Yəzdinin 8 il azadlıqdan məhrum edildiyini xəbər verib.

Vəkil bildirib ki, İ. Yəzdi dövlətin təhlükəsizliyinin əleyhinə çalışmaqda, yalan xəbərlər yaymaqda və qadağan olunmuş təşkilatda fəaliyyət göstərməkdə təqsirləndirilib: “O, məhkəmədə özünü müdafiə etmədi. İran Konstitusiyasının 167-ci maddəsinə görə, siyasi məhbusların məhkəməsi açıq şəkildə, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməlidir. İbrahim Yəzdinin məhkəməsinin qapalı keçirilməsi qanuna ziddir”.

Qeyd edək ki, İ. Yəzdi 2010-cu ilin sentyabr ayında həbs edilib və martın 19-da zəmanətlə müvəqqəti azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR