Bank Of Baku

İranda 4 terrorçu öldürülüb

İranda 4 terrorçu öldürülüb
# 28 dekabr 2011 15:14 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. İranın təhlükəsizlik qüvvələri ilə PJAK terror qruplaşmasının üzvləri arasında toqquşma baş verib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin qərbindəki Banə şəhərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 4 terrorçu öldürülüb. Çoxlu sayda terrorçunun yaralandığı qarşıdurmada “Bəsic” könüllülərindən biri həlak olub.

Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusunun bu ilin yayında apardığı və 3 ay sürən hərbi əməliyyatlar nəticəsində yüzlərlə terrorçunun zərərsizləşdirildiyi və bölgənin təmizləndiyi barədə açıqlama verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR