Bank Of Baku

Səudiyyə Ərəbistanı: «Fars körfəzi ölkələri dünya bazarında yaranacaq neft qıtlığını tam qarşılamağa hazırdır»

Səudiyyə Ərəbistanı: «Fars körfəzi ölkələri dünya bazarında yaranacaq neft qıtlığını tam qarşılamağa hazırdır»
# 28 dekabr 2011 21:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Hörmüz boğazını bağladığı təqdirdə dünya bazarında yaranacaq neft qıtlığını Fars körfəzi ölkələri tam qarşılamağa hazırdır”. APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Neft Nazirliyindən bildirilib. İranın neft sanksiyasının qarşılığında Hörmüz boğazını bağlamaq təhdidinə cavab verən Səudiyyə Ərəbistanı Krallığı lazım gələrsə özünün və neft hasil edən digər Fars körfəz ölkələrinin prosesə müdaxilə edəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən gün İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi jurnalistlərə açıqlamasında ölkəsinin neft ixracatına sanksiya tətbiq ediləcəyi təqdirdə, Hörmüz boğazını bağlayacaqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR