Bank Of Baku

Keçmiş baş nazir: «İraq dini zəmində vətəndaş müharibəsinin astanasındadır»

Keçmiş baş nazir: «İraq dini zəmində vətəndaş müharibəsinin astanasındadır»
# 28 dekabr 2011 22:59 (UTC +04:00)
Bakı-APA. İraq hazırda faciə ərəfəsindədir: ölkə dini avtokratiya qurulmağına doğru gedir, bu isə dini zəmində vətəndaş müharibəsi deməkdir.

Bu barədə 2004-2005-ci illərdə İraqın baş naziri olmaş Əyyad Allavi xəbərdar edib. Hazırda Allavi müxalifətdəki liberal-vətənpərvər «Əl-İraqiyyə» blokuna rəhbərlik edir.

Allavi hazırkı baş nazir Nuri əl-Malikini ölkədə avtoritar rejim qurmaqda günahlandırıb.

«2010-cu ildə keçirilmiş seçkilərdən sonra biz dövlət institutlarının baş nazir Nuri əl-Malikiyə tabe edilməsinin, onun rəqiblərinin qorxudulmasının, müstəqil məhkəmə sisteminin və korrupsiya ilə mübarizə üzrə dövlət orqanlarının məhv olunmasının şahidi olduq», deyə Allavi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR