Bank Of Baku

İsrail yenidən Şərqi Qüdsdə tikinti aparmaq barədə qərar qəbul edib

İsrail yenidən Şərqi Qüdsdə tikinti aparmaq barədə qərar qəbul edib
# 29 dekabr 2011 04:53 (UTC +04:00)
Bakı-APA. İsrail Şərqi Qüdsdə 130 yeni ev və otel tikintisi barədə qərar qəbul edib. Qüds bələdiyyəsinin qəbul etdiyi qərarda otelin daha çox problem yaradacağı bildirilir. Otelin fələstinlilərin sıx yaşadığı Silvan məhəlləsində tikilməsi nəzərdə tutulur. Evlər isə artıq salınmış Gilo yəhudi məskənində inşa ediləcək. Tikintiyə 3 il ərzində başlamaq nəzərdə tutulur.

Xatırladaq ki, Şərqi Qüdsdə yəhudi məskənlərinin salınması İsraillə Fələstin arasında daim münaqişə yaradan səbəbdir. Dünya ölkələrinin, o cümlədən ABŞ, Rusiya, Fransa və digərlərinin, həmçinin BMT-nin İsraildən bu addımı atmamasını tələb etməklərinə baxmayaraq, tikinti davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR