Bank Of Baku

İranda 2 nəfər əhalinin gözü qarşısında edam edilib

İranda 2 nəfər əhalinin gözü qarşısında edam edilib
# 29 dekabr 2011 15:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Qəzvin şəhərində 2 nəfər ictimaiyyətin gözü qarşısında dar ağacından asılaraq edam edilib. APA-nın məlumatına görə, Qəzvin Məhkəməsinin 2-ci şöbəsinin edam hökmü çıxardığı 39 yaşlı Əli və 37 yaşlı Məhəmməd adlı şəxslər bir ailənin 4 üzvünü öldürməkdə təqsirləndiriliblər.

Edam bu gün səhər saatlarında Qəzvin şəhərinin Nəvvab küçəsində sakinlərin, həmçinin balaca uşaqların gözü qarşısında icra edilib. Edam edilənlərdən Məhəmməd adlı şəxs 3 qətl hadisəsində iştirak etdiyi üçün barəsində 3 dəfə edam hökmü çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR