Bank Of Baku

İranda azərbaycanlı-dissident azadlığa buraxılıb

İranda azərbaycanlı-dissident azadlığa buraxılıb
# 29 dekabr 2011 18:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 29-da İranda Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin həmtəsisçisi, yazıçı-publisist Səid Nəimi 235 günlük həbsdən sonra zəmanətlə azadlığa buraxılıb. APA-nın məlumatına görə, azərbaycanlı-dissidentin azadlığa buraxılması 70 min ABŞ dolları məbləğində girov qoyulub. Qeyd edək ki, qərar yazıçı-publisistin vəkillərinin iştirakı ilə keçirilən üçüncü məhkəmə prosesində qəbul olunub.
Səid Nəimi mayın 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Hüquq müdafiəçisinin barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və girov qarşılığında azadlığa buraxılmasına dair vəsatətinə iki dəfə mənfi cavab verilib. Səid Nəimi İrandakı mövcud rejimin müxalif qruplarına üzv olmaqda, əcnəbilərlə əlaqədə, yalan xəbər yaymaqda və s. ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR