Bank Of Baku

Suriya müxalifəti Ərəb Dövlətləri Liqasının müşahidəçilərini qeyri-obyektivlikdə ittiham edib

Suriya müxalifəti Ərəb Dövlətləri Liqasının müşahidəçilərini qeyri-obyektivlikdə ittiham edib
# 30 dekabr 2011 09:08 (UTC +04:00)
Bakı – APA. Suriya müxalifəti Ərəb Dövlətləri Liqasının müşahidəçilərini qeyri-obyektivlikdə ittiham edərək missiyanın rəhbəri, sudanlı general Məhəmməd Mustafa əl-Dabinin dəyişdirilməsini tələb edib. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, müxalifət fəalları müşahidəçilərin Bəşər Əsəd rejiminin nəzarəti altında olduqlarını və öz missiyalarını yerinə yetirmədiklərini bildiriblər.

Müxalifətçilər deyiblər ki, müşahidəçilər Suriyada baş verənlərin real mənzərəsini görmür və rejim əleyhdarlarının müşahidəçilərlə görüşünə imkan verilmir. Hətta Duma şəhərində müşahidəçilərlə görüşmək istəyən müxalifətçilərə atəş açılıb.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının müşahidəçiləri Suriyada toqquşmaların başladığı bu ilin mart ayından bəri ölkəyə buraxılan ilk beynəlxalq missiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR