Bank Of Baku

ABŞ-ın İraqa hərbi müdaxiləsindən indiyədək 162 min nəfər həlak olub

ABŞ-ın İraqa hərbi müdaxiləsindən indiyədək 162 min nəfər həlak olub
# 03 yanvar 2012 07:37 (UTC +04:00)
Onlardan təxminən 79%-i mülki şəxslərdir. APA-nın xəbərinə görə, bu rəqəmləri “İraq Body Count” təşkilatı açıqlayıb.

2006-2007-ci illər ən qanlı illər olub. Bu illərin hər birində ölənlərin sayı 25 min nəfərdən çox olub. Bunda sonra ölüm faizi bir qədər azalıb. 2011-ci ildə İraqda 4063 nəfər həlak olub. 2006-cı ilə qədər insanlar daha çox güllə yaraları nəticəsində dünyasını dəyişirdisə, həmin ildən sonra daha çox partlayışlar nəticəsində ölümlər baş verib.

Bilavasitə ABŞ ordusu və müttəfiqlərinin fəaliyyətləri nəticəsində 14705 mülki şəxs həlak olub.

2003-cü ildən bəri Amerika ordusunun İraqdakı itkiləri 4484 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR