Bank Of Baku

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı 6 ay həbs cəzasına məhkum edilib

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı 6 ay həbs cəzasına məhkum edilib
# 03 yanvar 2012 11:24 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmə F. Haşiminin 5 il ərzində siyasətlə məşğul olmasına, ölkənin mədəni həyatında iştirakına və KİV-də çıxışlar etməsinə qadağa qoyub. F. Haşimi 20 gün ərzində qərardan şikayət edə bilər.

Qeyd edək ki, Rəfsəncaninin qızı 2009-cu ilin iyununda İranda keçirilən kütləvi aksiyalarda iştirak edib, 2011-ci ilin fevralında qısa müddətə həbs olunub. Vəkil Qulam Əli Riahi Faezeye qarşı ittihamların onun bəzi internet saytlarına verdiyi müsahibələrlə əlaqədar olduğunu bildirib.

Xatırladaq ki, Rəfsəncaninin oğullarından biri İran hökuməti tərəfindən Britaniya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Onun barəsində həbs qərarı çıxarılıb və barəsində beynəlxalq axtarış elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR