Bank Of Baku

Ramin Mehmanpərəst: “İran “altılıq”la müzakirələr aparmaq üçün zaman və məkanın müəyyənləşdirilməsini gözləyir”

Ramin Mehmanpərəst: “İran “altılıq”la müzakirələr aparmaq üçün zaman və məkanın müəyyənləşdirilməsini gözləyir”
# 03 yanvar 2012 20:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona cavab verib. Biz “altılıq”la müzakirələr aparmaq üçün yığıncaq tarixinin açıqlanmasını və yerin təklif edilməsini gözləyirik”. APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, zaman və məkan müəyyənləşdirildikdən sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili “altılıq” təmsilçiləri ilə danışıqlar masasına oturacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR