Bank Of Baku

İran Hörmüz boğazını bağlamaq niyyətində deyil

İran Hörmüz boğazını bağlamaq niyyətində deyil
# 04 yanvar 2012 03:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın Hörmüz boğazını bağlamaq niyyəti yoxdur. Ümumiyyətlə, belə bir addım atmaq bizim strateji planlarımıza daxil deyil”. APA-nın məlumatına görə, bunu İranın Hərbi-Dəniz Qüvvələrinin komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi bildirib. Onun sözlərinə görə, İran Hörmüz boğazındakı hərəkətə mane olmayacaq: “Son günlərdə “Vəlayət-90” adı altında keçirilmiş on günlük hərbi manevr sadəcə təlim xarakteri daşıyıb. Manevr zamanı İran Hərbi-Dəniz Qüvvələrinin gücü nümayiş etdirilib. Əgər lazım gələrsə, Hörmüz boğazını necə tam nəzarətə götürmək sınaqdan keçirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR