Bank Of Baku

İsrail və Fələstin arasında 2010-cu ildən bəri ilk görüş keçirilib

İsrail və Fələstin arasında 2010-cu ildən bəri ilk görüş keçirilib
# 04 yanvar 2012 04:51 (UTC +04:00)
Bakı-APA. İsrail və Fələstinin nümayəndə heyətləri 2010-cu ildən bəri ilk dəfə olaraq İordaniyanın paytaxtı Əmmanda görüşüblər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İordaniya iki tərəf arasında danışıqların başlanmasında təşəbbüskar kimi çıxış edir. İordaniya XİN-in nümayəndəsi keçirilən görüşün “müsbət” olduğunu bildirib.
Onun sözlərinə görə, əsas məqsəd 2010-cu ildə dayandırılmış İsrail və Fələstin sülh danışıqlarının davam etməsi üçün zəmin yaratmaqdır.
Danışıqların növbəti raundu cümə günü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR