Bank Of Baku

İranda ABŞ-a casusluqda təqsirləndirilən şəxsin vəkil tutmasına icazə verilmir

İranda ABŞ-a casusluqda təqsirləndirilən şəxsin vəkil tutmasına icazə verilmir
# 05 yanvar 2012 10:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilən Əmir Mirzəyi Hikmətiyə vəkil tutmağa icazə verilmir. APA-nın məlumatına görə, bu barədə ABŞ vətəndaşı Əmir Mirzəyi Hikmətinin anası Bəhnaz Hikməti açıqlama verib.

O bildirib ki, Tehran İnqilab Məhkəməsində mühakimə edilən oğluna İran hökuməti vəkil təyin etsə də, ailə həmin vəkilə etimad etmir: “Ailəsi olaraq Əmir Mirzəyi Hikmətinin hüquqlarını müdafiə etməsi üçün vəkil tutmaq istəyirik. Amma İran hökuməti buna icazə vermir. Həmçinin biz İranda yaşayan 10 vəkillə əlaqə saxlayıb oğlumu məhkəmədə müdafiə etməsini xahiş etsək də, heç biri Əmir Mirzəyi Hikmətiyə vəkillik etməyə razı olmayıb”.

Bəhnaz Hikməti oğlunun 2011-ci il dekabrın 18-də İran televiziyaları ilə yayımlanan etirafedici müsahibəsinə də toxunaraq, onun bunu işgəncələr altında söylədiyini bildirib.

Qeyd edək ki, 2011-ci il dekabrın 27-də Tehran İnqilab Məhkəməsində İranda həbs edilən və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilən Əmir Mirzəyi Hikmətinin ilkin məhkəmə prosesi keçirilib. Onun etirafedici müsahibəsi əsasında hazırlanmış iddianaməni məhkəməyə təqdim edən prokuror hakimdən Əmir Mirzəyi Hikmətiyə ən ağır cəza verməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR