Bank Of Baku

Taliblər 15 Pakistan hərbçisini öldürüblər

Taliblər 15 Pakistan hərbçisini öldürüblər
# 05 yanvar 2012 10:25 (UTC +04:00)
Bakı – APA. Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə 15 Pakistan hərbçisinin meyitləri tapılıb. APA-nın “The Nation” nəşrinə istinadən verdiyi məlumata görə, “Taliban”ın Pakistan bölməsi olan “Təhrik-e-Taliban” olayın məsuliyyətini öz boynuna götürüb.

Meyitlər Şimali Vəziristan əyalətində aşkarlanıb. Onların Sərhəd Polisi Korpusunun əsgərləri olduqları bildirilir. Ölənlərin hamısı paltarsız olub, onların bədənlərində işgəncə izləri və güllə yaraları müəyyən edilib.

Taliblər digər sərhəd rayonu Xeybərdə öldürülən silahdaşlarının intiqamını aldıqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR