Bank Of Baku

İranda daha 10 nəfər edam edilib

İranda daha 10 nəfər edam edilib
# 05 yanvar 2012 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, ölüm hökmü çıxarılan məhbuslar narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilirlər. Bəm və Zəncan zindanlarının hər birində 5 nəfər asılıb. Ölüm hökmü 2012-ci il yanvarın 2-də icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının “Ölümə alışqanlıq” adlı hesabatında İranda 2011-ci ildə 488 nəfər narkotik maddələrin alğı-satqısında, istifadəsində ittiham olunaraq edam edilib. Bu rəqəm ümumi edamların 81 faizini təşkil edir.

Hesabatda qeyd edilib ki, narkotikə görə ölüm cəzası İran cəmiyyətinin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni də əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir. Statistik məlumatlara görə, İranda 2 milyon narkoman var və bu ölkə dünyanın ən böyük tiryək bazarına çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR