Bank Of Baku

İran hakimiyyətin əleyhinə yazılar dərc edən saytlar bağlayacaq

İran hakimiyyətin əleyhinə yazılar dərc edən saytlar bağlayacaq
# 07 yanvar 2012 15:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İran İslami İrşad və Mədəniyyət Nazirliyinin internet və xüsusi xəbər agentlikləri üzrə şöbəsinin rəhbəri Məhəmməd Sadiq Əfrasiyabi açıqlama verib.

O bildirib ki, 2006-cı ildən indiyədək İranda 30 min internet saytı dövlət qeydiyyatına alınıb: «Qeydiyyata alınan saytlardan dövlətin əleyhinə fəaliyyət göstərənlər də var. Belə saytları qeydiyyatdan çıxarıb İranın internet seqmentini «təmizləyəcəyik». Hökumət və dövlət adamları haqqında yalan məlumat yayan saytlar və bloqlar silinəcək».

M.S.Əfrasiyabi əlavə edib ki, fəaliyyətinə son qoyulacaq saytlar gələn ayın əvvəlinə qədər müəyyənləşəcək. Bağlanacaq saytların rəhbərləri isə məhkəməyə veriləcək.

Qeyd edək ki, İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncani də daxil olmaqla bu ölkədə keçirilən son prezident seçkilərindən indiyədək bir çox müxalifətyönlü siyasətçilərin internet səhifəsinə blok qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR