Bank Of Baku

Məhəmməd Laricani: “İran hakimiyyətinin siyasi müxalifləri terrorçudurlar”

Məhəmməd Laricani: “İran hakimiyyətinin siyasi müxalifləri terrorçudurlar”
# 07 yanvar 2012 17:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran hakimiyyətinin siyasi müxalifləri terrorçudurlar və insan haqları “maska”sı ilə hökumətin əleyhinə fəaliyyət göstərirlər” APA-nın məlumatına görə bu barədə İran İnsan Haqları Şurasının sədri Məhəmməd Cavad Laricani Almaniya parlamentinin insan haqları komitəsinin rəhbəri Tomas Kuninkslə görüşündə deyib. O bildirib ki, İran hakimiyyətinə müxalif şəxslər insan haqları adından istifadə edərək beynəlxalq aləmi aldatmağa çalışırlar: “İranda hakimiyyətin əleyhinə fəaliyyət göstərən müxaliflər əməllərinə insan haqları donu geyindirərək dünya ictimaiyyətini aldatmaqla məşğuldurlar. Bu onların çıxardığı hoqqalardır. Odur ki, Qərb ölkələri bu məsələdə diqqətli olmalı və həmin şəxsləri mükafatlandırmamalıdır. Almaniya və Avropanın digər ölkələri Suriyanı tənqid edərək oradakı hakimiyyətə təzyiqlər göstərdikləri halda, Bəhreyn və Səudiyyə Ərəbistanındakı cinayətlərə göz yumurlar”.
M.C.Laricani əlavə edib ki, Qərb liberalizm və sekularizm modellərini təbliğ etməyə çalışır. Halbuki həmin ölkələrdə əxlaqsızlıq baş alıb gedir: “Avropa ölkələrində əxlaqsızlıq artıb. Xüsusilə də Qərbdə çoxalan homoseksuallığın müalicəsinə diqqət edilməlidir” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR