Bank Of Baku

İran ayətullahı “Facebook”u halal edən şərtləri açıqlayıb

İran ayətullahı “Facebook”u halal edən şərtləri açıqlayıb
# 07 yanvar 2012 19:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ““Facebook” və digər sosial şəbəkələr insanların əxlaqına və əqidəsinə zərər yetirərsə, müsəlmanlar üçün istifadəsi haramdır”. APA-nın məlumatına görə, bu barədə İran ayətullahı Lütfullah Safi Qolpayeqani şəxsi saytında açıqlama verib. O bildirib ki, “facebook” və digər sosial şəbəkələr islam dininin təbliğatı üçün istifadə edilə bilər: “Möminlər sosial şəbəkələr vasitəsilə islam düşmənlərinə cavab verə və onların müsəlmanlarda yaratdıqları şübhələri aradan qaldırmaq üçün dini təbliğat apara bilərlər. Lakin əgər bu şəbəkələr əxlaqa və dini ədiqəyə zərər yetirirsə, müsəlmanların onlardan istifadəsi haramdır”. Lütfullah Safi Qolpayeqani əlavə edib ki, müsəlmanlar internet resurslarından dinin icazə verdiyi qaydada və islam alimlərinin buyurduğu şərtlərlə istifadə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR