Bank Of Baku

İran prezidenti Latın Amerikasına gedir

İran prezidenti Latın Amerikasına gedir
# 08 yanvar 2012 00:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə beş günlük səfərə yola düşür. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Prezident Administrasiyasınım beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. O bildirib ki, İran prezidentinin ilk səfəri Venesuelaya olacaq: “M.Əhmədinejad sabah Tehrandan Karakasa uçacaq və orada Venesualeanın prezidenti Uqo Çaveslə görüşəcək. Prezidentlərin ikili görüşməsində İran-Venesuela əlaqələrinin daha da inkişaf etdirilməsi, regional, həmçinin beynəlxalq məsələlər müzakirə ediləcək”. Məhəmmədrza Furkani əlavə edib ki, İran prezidenti daha sonra Nikaraqua, Kuba və Ekvador ölkələrinə də səfər edəcək: “M.Əhmədinejadın digər dövlətlərə səfərində də ölkələr arasında əlaqələrin və əməkdaşlığın daha da inkiaşf etdirilməsi kimi məsələlər müzakirə ediləcək”.
Qeyd edək ki, M.Əhmədinejadın Latın Amerikası ölkələrinə səfəri İranın bölgə dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR