Bank Of Baku

İran dünyanı 24 saata tənəzzülə uğrada biləcəyini bəyan edib

İran dünyanı 24 saata tənəzzülə uğrada biləcəyini bəyan edib
# 08 yanvar 2012 03:31 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Dəniz Qoşunlarının komandanı, admiral Əli Fədəvi çıxış edib. O deyib ki, İranın çağırışı 33 il əvvəl islam inqilabı ilə bütün dünyaya yayılıb. Əli Fədəvi İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı haqda suala cavabında isə bunu indiyə qədər dəfələrlə sınaqdan keçirdiklərini bildirib. İranlı admiral həmçinin bu gün dünyanın Hörmüz boğazından keçən neft olmadan ayaq üstə qalmasının mümkünsüz olduğunu vurğulayıb.

Lloyd’s-un (Beynəlxalq dəniz statistikası təşkilatının) verdiyi məlumata görə, dünyada qlobal dənizlə nəql olunan neftin 40%-i Hörmüz boğazından keçir. Hər gün 15-17 mln. barrel neft boğazdan tankerlərlə daşınır. Bu, Fars körfəzində satılan neftin 90%-dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR