Bank Of Baku

Türkiyə xarici işlər naziri: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunub

Türkiyə xarici işlər naziri: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunub
# 08 yanvar 2012 18:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran nüvə texnologiyaları məhsullarını beynəlxalq bazara çıxarmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi-Davani bildirib. Onun sözlərinə görə, İran artıq beynəlxalq təzyiqlərə baxmayaraq, nüvə texnologiyaları sahəsində mühüm nailiyyətlər qazanıb: “Artıq ölkəmiz tibbdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər. Bundan əlavə, İran nüvə stansiyası inşa edəcək və nüvə texnologiyaları ixrac edə biləcək gücdədir”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunduğunu bildirib. İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla danışdığını və hər iki tərəfin də Türkiyədə görüşməyə razılaşdığını bildirib: “Müzakirələrin ən qısa müddətdə başlayacağına ümid edirəm". Ə.Davudoğlu əlavə edib ki, Avropa Birliyi və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Türkiyə üçün keçərli deyil.

Bu arada İran təbii uran ehtiyatlarına malik Afrika ölkələrinə hər cür kömək etməyə hazır olduğunu açıqlayıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani deyib ki, İran təbii uran maddəsinin çıxarılmasından tutmuş nüvə reaktorları üçün yanacaq zənginləşdirilməsinə qədər bütün dövrü öyrənib: “Biz bu texnologiyanı təbii uran ehtiyatlarına sahib dost Afrika ölkələri ilə də bölüşə bilərik. Uran maddəsinin nüvə yanacağına çevrilməsi üçün stansiyalar tikməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR