Bank Of Baku

İranda nüvə stansiyası fəaliyyətə başlayır

İranda nüvə stansiyası fəaliyyətə başlayır
# 09 yanvar 2012 07:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani paytaxt Tehranda nəşr olunan “Keyhan” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, stansiya 3.5, 4 və 20 faizlik uran zənginləşdirmək gücünə malikdir.

İran Atom Enerjisi Təşkilatının rəhbəri nüvə stansiyasının yerin altında tikilməsi ilə əlaqədar verilən suala isə belə cavab verib: “Düşmənlərimiz nüvə stansiyamıza zərər yetirmək üçün virus və bəzi xüsusi siqnallar göndərmək də daxil olmaqla, hər cür yola baş vurur, ancaq bu cəhdlər nəticəsiz qalır”.

Qeyd edək ki, İran uzun illər sirr kimi saxladığı, paytaxt Tehranın 160 kilometr uzaqlığında hərbi bölgədə yerin altında inşa etdiyi “Fordo” nüvə stansiyası haqda məlumatı 2009-cu ildə açıqlayıb. Stansiya yerin altında tunel sistemi şəklində tikilib.

2011-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın obyektdə silsilə sentrifuqalar yerləşdirdiyini bildirib. Burada nə qədər sentrifuqanın funksiya göstərdiyi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR