Bank Of Baku

İran parlamentinin sədri Əli Laricani Mahmud Əhmədinejadın qərarına qarşı çıxıb

İran parlamentinin sədri Əli Laricani Mahmud Əhmədinejadın qərarına qarşı çıxıb
# 09 yanvar 2012 07:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranda 10 milyon vətəndaşa verilən subsidiyanın kəsilməsi qanunaziddir və bunu etməyə heç kimin haqqı yoxdur”. APA-nın məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib. O bildirib ki, subsidiya yardımları xalqın haqqıdır: “Dövlət vətəndaşlara ayrılan belə bir yardımı kəsə bilməz. Lakin kasıblara daha çox ödəmək və subsidiyalardan imtina edən şəxslərə bu yardımı dayandırmaq olar”.

Qeyd edək ki, bir müddət əvvəl Mahmud Əhmədinejad dövlət tərəfindən 10 milyon nəfərə ayrılan subsidiyaların kəsiləcəyini bildirib, İranın Subsidiyaların Məqsədyönlü Paylanması üzrə Təşkilatının rəsmisi də bu qərarın icra ediləcəyini təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR