Bank Of Baku

Kanadanın baş naziri: “Qərbin apardığı müzakirələr nəticə verməsə, İran dünyada sülhə və təhlükəsizliyə qarşı böyük təhdidə çevriləcək”

Kanadanın baş naziri: “Qərbin apardığı müzakirələr nəticə verməsə, İran dünyada sülhə və təhlükəsizliyə qarşı böyük təhdidə çevriləcək”
# 09 yanvar 2012 08:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Qərbin apardığı müzakirələr nəticə verməsə, İran dünyada sülhə və təhlükəsizliyə qarşı böyük təhdidə çevriləcək”. APA-nın məlumatına görə, bu bəyanatla Kanadanın baş naziri Stiven Harper çıxış edib. O, son günlər Fars körfəzində cərəyan edən hadisələrə toxunaraq bildirib ki, İranın dünyada sülhü pozacağına heç bir şübhə yoxdur: “İran nüvə silahı istehsal etməyə çalışır. Şübhəsiz ki, nüvə silahı əldə etdiyi zaman ondan istifadəyə etmək istəyəcək. Bu ölkənin Hörmüz boğazı ilə bağlı mövqeyi göstərir ki, İran bölgədə sülhə böyük təhlükə yarada bilər”.

Stiven Harper əlavə edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərər vurur: “Kanada müttəfiqləri ilə birgə İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmağa hazırdır. Rusiya və Çün əvvəllər sanksiyalara qarşı çıxırdılar. Amma bu ölkənin yarada biləcək təhlükəni nəzərə aldıqdan sonra bu ölkələr də sanksiyalara etiraz etmədilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR