Bank Of Baku

Yəmənin sabiq prezidentinə və onun hakimiyyəti dövründə işləmiş məmurlara toxunulmazlıq hüququ verilib

Yəmənin sabiq prezidentinə və onun hakimiyyəti dövründə işləmiş məmurlara toxunulmazlıq hüququ verilib
# 09 yanvar 2012 08:39 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmə təqibindən azad edilmək Salehin dövründə hakimiyyət strukturlarında çalışmış bütün məmurlara da şamil olunacaq. Hökumətin hazırladığı bu qanun layihəsi parlamentdə təsdiqlənməlidir. Lakin parlamentdə təsdiqlənmə formal xarakter daşıyır. Ölkənin fəxri prezidenti olan Əli Abdulla Saleh hakimiyyətin təhvil verilməsi barədə sənədləri fevralın 21-də imzalamalıdır.

Əli Abdulla Salehə toxunulmazlıq hüququ ötən ilin noyabrında hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyə razılaşması müqabilində verilib. O 35 il Yəmənin prezidenti olub və hökumət əleyhinə çıxışlar fonunda beynəlxalq birliyin təzyiqi ilə istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR