Bank Of Baku

İranın müdafiə naziri: “Biz Hörmüz boğazını bağlayacağımızı deməmişik”

İranın müdafiə naziri: “Biz Hörmüz boğazını bağlayacağımızı deməmişik”
# 09 yanvar 2012 12:59 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İranın müdafiə naziri, general Əhməd Vəhidi deyib. Onun sözlərinə görə, bununla belə Hörmüz boğazında təhlükəsizliyin təmin olunması İranın əsas vəzifəsidir. Ə. Vəhidi ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “U.S.Navy” hərbi gəmisi tərəfindən 13 iranlı dənizçinin Somali quldurlarının girovluğundan xilas edilməsinə dair sualı belə cavablandırıb: "İran bu məsələyə Xarici İşlər Nazirliyi vasitəsilə reaksiya verdi. Biz doğru olanı inkar etmərik. Amma bu məsələ onların bölgədə olmasını zəruri edə bilməz". İranın müdafiə naziri Böyük Britaniyanın ən müasir sistemlə təchiz olunmuş “MS Daring” hərbi gəmisini Fars körfəzinə göndərmək barədə qərar qəbul etməsi ilə bağlı verilən suala isə “Bu, önəmli məsələ deyil” şəklində cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR