Bank Of Baku

Fransa İrandakı səfirliyinin fəaliyyətini bərpa edib, səfir Tehrana qayıdıb

Fransa İrandakı səfirliyinin fəaliyyətini bərpa edib, səfir Tehrana qayıdıb
# 09 yanvar 2012 17:15 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq bu ölkənin səfiri Bruno Fuçer Tehrana geri dönüb. Fransa İrandakı səfirliyini ötən ilin noyabrında Böyük Britaniyanın Tehrandakı diplomatik korpusuna hücuma görə bağlayaraq, səfirini Parisə geri çağırmışdı.

Qeyd edək ki, noyabrın 29-da Tehranda Böyük Britaniya səfirliyin qarşısında aksiya keçirən tələbələr Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar.

Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıb, Britaniya və İsrail bayraqlarını yandırıblar.

Eyni zamanda etirazçılar binaya daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. Bundan əlavə, altı britaniyalı diplomat girov götürülüb, sonra da isə azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR