Bank Of Baku

Türkiyənin Tekirdağ əyalətində 16 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin Tekirdağ əyalətində 16 qeyri-qanuni miqrant saxlanılıb
# 09 yanvar 2012 21:45 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Tekirdağın əyalətinin Malkara mahalında 16 geyir-qanuni miqrant tutulub.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, polis Tekirdağ-Malkara yolunda apardığı yoxlama zamanı şübhəli mikroavtobusu dayandırmağa çalışıb. Lakin mikroavtobusun sürücüsü polisin əmrinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Təhlükəsizlik xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində avtobus saxlanılıb.
Dayandırılan avtobusun sürücüsü və orada olan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 16 Fələstin və Birma vətəndaşı saxlanılıb.
Həbs olunan şəxslər xarici vətəndaşlar üçün nəzərdə tutulan Tekirdağ
miqrasiya şöbəsinə aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR