Bank Of Baku

Suriya müxalifəti hökumət qoşunlarının bir kənddə yüzlərlə insanı öldürdüyünü iddia edir

Suriya müxalifəti hökumət qoşunlarının bir kənddə yüzlərlə insanı öldürdüyünü iddia edir
# 13 iyul 2012 02:54 (UTC +04:00)
Bakı-APA. Suriya müxalifətinin nümayəndələri Xama əyalətinin kəndlərindən birində hökumət qüvvələrinin ən azı yüz nəfəri qətlə yetirdiyini bəyan ediblər. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Londonda yerləşən «Suriya insan haqlarına riayət olunmasına monitorinq mərkəzi»nin və Suriyadakı müxalifətçilərin verdikləri məlumata görə, hökumət qoşunları ağır zirehli texnikanın köməyi ilə Tremsa kəndini atəşə tutublar, daha sonra isə «Şəbihə» adlanan hökumətyönümlü könüllülər dəstəsi yerli sakinləri edam ediblər.

Məlumata əsasən, qətlə yetirilənlərin çoxu dinc sakinlərdir.

Öz növbəsində Reyter agentliyi «Xama İnqilabi şuras»na istinadən Tremsa kəndində ən azı 220 nəfərin öldürüldüyünü iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR