Bank Of Baku

Yaponiyada təbii fəlakət nəticəsində 19 nəfər həlak olub

Yaponiyada təbii fəlakət nəticəsində 19 nəfər həlak olub
# 13 iyul 2012 03:56 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın Küsü adasında şiddətli yağışların səbəb olduğu daşqın, sel və sürüşmə nəticəsində ən azı 19 nəfər həlak olub. 8 nəfər itkin düşmüş sayılır. Həlak olanların əksəriyyəti yaşlı insanlardır.

Kumamoto və Oita prefekturalarında 33 min ailə təxliyə olunur. İnsanlar idman zalları və inzibati binalara köçürülürlər.

Kumamoto şəhərində 70 ev tamamilə və yaxud qismən dağılıb, 300-dən artıq tikili suyun altında qalıb. On minədək ailə elektrik enerjisiz qalıb, bəzi yerlərdə su boruları sıradan çıxıb, mobil rabitə işləmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR