Bank Of Baku

Tacikistanda 130 İran şirkəti fəaliyyət göstərir

Tacikistanda 130 İran şirkəti fəaliyyət göstərir
# 13 iyul 2012 13:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Tacikistanın ticarət, sənaye və digər layihələrində 130 İran şirkəti fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bunu Tacikistanın İrandakı səfiri Dövlətəli Hatəmov Təbrizdə Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşündə deyib.

O bildirib ki, ölkəsinin rəsmiləri İranla əlaqələrin genişləndirilməsini istəyirlər: “Ölkəm bir çox sahələr üzrə Tehranla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İranda inkişaf edən sahələrdən biri də inşaat sənayesidir. Tacikistanın da iqtisadiyyatı sənaye və kənd təsərrüfatı sahəsində inkişaf etməkdədir. Bu istiqamətlərdə Şərqi Azərbaycan bizim üçün əməkdaşlıq baxımından yaxşı ortaq ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR