Bank Of Baku

“Mossad”ın keçmiş rəhbəri: “İran sürətlə nüvə ölkəsinə çevrilməkdədir”

“Mossad”ın keçmiş rəhbəri: “İran sürətlə nüvə ölkəsinə çevrilməkdədir”
# 16 iyul 2012 07:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran sürətlə nüvə ölkəsinə çevrilməyə doğru irəliləyir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin kəşfiyyat orqanı olan “Mossad”ın keçmiş rəhbəri Meir Daqan bildirib. O deyib ki, İsrail İranın nüvə dövlətinə çevrilməsinə əngəl törədə bilməyəcək: “Çünki İsrail rəhbərliyi İranın nüvə proqramının qarşısını almağın yollarını bilmir. Onlar qorxduqlarından yalnız İrana xəbərdarlıq etməklə kifayətlənirlər”.

M. Daqan qeyd edib ki, İranın iqtisadi vəziyyəti pisləşsə də, bu çətin dövrü geridə buraxacaq: “Çünki İran özünü bölgənin super gücü olaraq görür. ABŞ və Səudiyyə Ərəbistanı isə İrandan qorxurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR