Bank Of Baku

Dəməşqdə atışma yenidən başlayıb

Dəməşqdə atışma yenidən başlayıb
# 16 iyul 2012 19:45 (UTC +04:00)
Bakı-APA. Dəməşqin Meydan və Tadamun rayonlarında günün ikinci yarısında silahlı qarşıdurma yenidən bərpa olunub. «Əl-Cəzirə» və «Əl-Ərəbiyyə» telekanallarının məlumatına görə, sözügedən rayonlarda maskalı silahlılar hökumət qüvvələri ilə atışırlar. Bir sıra yerlərdə barrikadalar qurulub.

Məlumata görə, Meydan və Tadamuna zirehli texnika yeridilib. Hökumət qüvvələri və silahlılar arasında atışma şəhərin Cubar, Zəhra, Əbu Həbl və Əl-Assali rayonlarında da davam edir.

2011-ci ilin mart ayından etibarən Suriyada prezident Bəşər Əsəd əleyhinə silahlı aksiyalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR