Bank Of Baku

İsrailin baş nazirinin müavini: “Mümkün olan bütün vasitələrlə İranın nüvə dövlətinə çevrilməsinə mane olmaq lazımdır”

İsrailin baş nazirinin müavini: “Mümkün olan bütün vasitələrlə İranın nüvə dövlətinə çevrilməsinə mane olmaq lazımdır”
# 17 iyul 2012 00:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran nüvə silahı istehsal etmək niyyətində olduğu və terrorla məşğul olduğu müddətcə Orta Şərqdə təhlükəsizlik olmayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İsrailin baş nazirinin müavini Moşe Yaalon bildirib. İsraildə nəşr olunan “Jerusalem Post” qəzetinin yazdığı xəbərə görə, M. Yaloon deyib ki, İranın regional və beynəlxalq gücə çevrilməsinə əngəl törədilməlidir: “İrana qarşı dayanılmadığı müddətcə Əfqanıstan, İraq, Bəhreyn, Suriya və Livanda sabitlik təmin edilə bilməz. İranın təhdidinə son vermək Orta Şərq və dünya ölkələrinin sabitliyi üçün vacibdir. Mümkün olan bütün vasitələrlə İranın nüvə dövlətinə çevrilməsinə mane olmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR