Bank Of Baku

İranın vitse-prezidenti ölkədəki quraqlığa görə Qərbi günahlandırıb

İranın vitse-prezidenti ölkədəki quraqlığa görə Qərbi günahlandırıb
# 17 iyul 2012 21:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran ölkədəki quraqlığa görə Qərbi günahlandırıb. APA-nın məlumatına görə, İranın vitse-prezidenti Həsən Musəvi bildirib ki, ölkənin cənubundakı quraqlıq Qərbin Tehrana qarşı başlatdığı “yumşaq müharibə”nin bir parçasıdır: “Ölkəmizin cənubundakı quraqlıq məni heyrətləndirir. Dünyanın böyük və müstəmləkəçi ölkələri müasir texnologiyalardan istifadə edərək İranın iqliminə təsir edir”. İran Meteorologiya Təşkilatının yeni sədri ölkədə yaşanan quraqlığın çox kəskin bir məsələ olduğunu deyib: ““Yumşaq müharibə” aparıldığı ortadadır. Bu səviyyədə bir quraqlıq normal deyil”.
Qeyd edək ki, İranda ötən illərdə də bənzər quraqlıqlar yaşanıb, bir çox şəhər qum fırtınalarının təsiri altında qalıb. Hətta məsələyə münasibət bildirən İran prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrini ölkəsində quraqlıq yaratmaq üçün planlar qurmaqda günahlandıraraq deyib ki, Avropa ölkələri buludların yükünü öz qitələrində boşaltmasını təmin etmək üçün xüsusi vasitələrdən istifadə edir. Eyni zamanda İran rəsmiləri tez-tez başda ABŞ olmaqla Qərbin Tehrana zərər vermək, iqtisadi və elmi inkişafının qarşısını almaq üçün planlar qurduğunu açıqlayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR