Bank Of Baku

Qırğızıstan-Özbəkistan sərhədində atışma olub, ölən və yaralananlar var

Qırğızıstan-Özbəkistan sərhədində atışma olub, ölən və yaralananlar  var
# 17 iyul 2012 23:14 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistan tərəfində də yaralananlar var. İnsidentə səbəb Qırğızıstanın Bulak-Başı kəndinin sakinlərinin iki ölkə arasında demarkasiya olmayan Koktaş-Bulak-Başı şosesində təmir işləri aparması olub. Sakinlər ilə özbək sərhədçiləri arasında başlanan mübahisə qırğız və özbək sərhədçiləri arasında atışma ilə nəticələnib. Bildirilir ki, iki mülki şəxs də yaralanıb.
İnsidentlə bağlı iki ölkənin sərhəd xidməti rəhbərliyi arasında təcili telefon danışığı olub. Razılaşdırılıb ki, hadisənin nəticələri dinc yolla nizamlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR