Bank Of Baku

ABŞ Qətərdə İran raketləri əleyhinə radar sistemi inşa edir

ABŞ Qətərdə İran raketləri əleyhinə radar sistemi inşa edir
# 18 iyul 2012 03:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fars körfəzində hərbi mövcudluğunu artıran ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin maraqları, eyni zamanda İsrail və Avropadakı müttəfiqlərini İrana mümkün raket hücumlarına qarşı qorumaq məqsədilə Qətərdə raket əleyhinə müdafiə sistemi (RƏMS) inşa etdiyi məlum olub. APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. Xəbərdə “X-Bant” olaraq bilinən RƏMS-in İsraildəki Negev çölü və Türkiyənin ortasındakı iki bənzər təsis üçün tamamlayıcı bir unsur olduğu və üç radarın birlikdə kaman meydana gətirdiyi bildirilir. “The Wall Street Journal” son tədbirlərin ABŞ-ın İsrail və digər müttəfiqlərinə İranla aylarla davam etdirilən və nəticəsiz qalan nüvə müzakirələrinin ardından bu ölkəyə qarşı qoymaq üçün addımlar atmaqda olduğu istiqamətində Pentaqon tərəfindən zəmanət verilməsinə kömək ola biləcəyini yazır. Qəzet ABŞ-ın İsrailin İranın nüvə obyektlərini vurmasından narahat olduğunu və bu səbəbdən Pentaqonun “USS John C. Stennis” aviadaşıyıcısını Orta Şərqə göndərəcəyini açıqladığını qeyd edir. “The Wall Street Journal” yeni radarın Qətərdə inşa edilməsinə əsas səbəb kimi ABŞ-ın bölgədəki ən böyük hava bazasının bu ölkədə olmasını göstərir: “Qətərdə ABŞ-ın hələ də 8 mindən çox hərbçisi var. Qətərin “X-Bant” olaraq da bilinən güclü AN/TPY-2 radarına ev sahibliyi etməsi İsrailin Negev çölü və Türkiyənin ortasında yerləşdirilmiş iki bənzər ünsürün tamamlayıcısı kimi planlaşdırılıb. Beləcə üç radar İranın şimal, qərb və cənubundan atılan raketləri neytrallaşdırmaq üçün bir kaman meydana gətirir”. Qəzet yazır ki, hər üç radar sistemi ABŞ və müttəfiq ordularına İrandan atılan raketləri izləmək imkanı verir: “İranın İsrail və Avropanın bəzi ərazilərinə çata bilən raketləri var. Ayrıca kəşfiyyat orqanları bu ölkənin 2015-ci ilə kimi ABŞ-ı da təhdid edəcək ballistik raketlərə sahib ola biləcəyinə inanırlar. Pentaqon illərlə Fars körfəzində bir “X-Bant” radarı inşa etməyə çalışıb, çünki ərəb ölkələri kəşfiyyat məlumatlarını paylaşmağa istəksiz olublar. Bu da tərəflər arasında fakir ayrtılığına səbəb olub. İlk “X-Bant” sistemi “Raytheon Co.” tərəfindən inşa olunub və Şimali Koreyadan atılan raketləri izləmək məqsədilə 2006-cı ildə Yaponiyada quraşdırılıb. İkincisi, 2008-ci ildə İsrailin Negev çölündə yerləşdirilib. ABŞ qısa müddətdə də üçüncüsünü Türkiyədə inşa edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR