Bank Of Baku

İran parlamentinin komissiyası Hörmüz boğazının bağlanmasına dair hökumətə 8 maddəlik tədbirlər planı təklif edib

İran parlamentinin komissiyası Hörmüz boğazının bağlanmasına dair hökumətə 8 maddəlik tədbirlər planı təklif edib
# 18 iyul 2012 11:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Artıq Hörmüz boğazının bağlanması məsələsi İran parlamentinin komissiyalarında müzakirə olunur. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bununla bağlı İran parlamentinin enerji komissiyasının üzvü Abdullah Təmimi açıqlama verib.

Onun sözlərinə görə, İran parlamentinin enerji komissiyasının son iclasında Tehrana qarşı tətbiq olunmuş sanksiyalarla bağlı layihə müzakirəyə çıxarılıb: “Hazırda layihə üzərində işlər davam etdirilir. Layihədə hökumətə sanksiyalara qoşulan ölkələrə neft satışının İranın Neft Nazirliyi vasitəsilə deyil, prezident kanalı vasitəsilə həyata keçirilməsi təklif olunub. Bundan əlavə, layihədə neft tankerlərinin sığortası və Hörmüz boğazının bağlanmasına dair 8 maddəlik tədbirlər planı yer alıb. Hazırda boğazın bağlanılmasının təsdiqlənməsi qərarı komissiyanın gündəliyindədir. Lakin bunun üçün parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının da əməkdaşlığı vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR