Bank Of Baku

Suriya prezidentinin yeznəsi öldürülüb, daxili işlər naziri yaralanıb - YENİLƏNİB

Suriya prezidentinin yeznəsi öldürülüb, daxili işlər naziri yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 18 iyul 2012 13:14 (UTC +04:00)
Bakı – APA. Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına terror hücumu nəticəsində müdafiə naziri Davud Raciha ilə birlikdə onun müavini, prezident Bəşər Əsədin bacısının həyat yoldaşı Asif Şövkət də həlak olub. APA-nın xəbərinə görə, bu gün səhər Suriya Təhlükəsizlik Xidmətinin rəhbərliyi və bəzi nazirlərin iştirakı ilə keçirilən iclas zamanı binada partlayış törədilib. Yaralılar arasında yüksək vəzifəli şəxslər, o cümlədən daxili işlər naziri də var. Yaralılar dərhal “Şami” hərbi hospitalına çatdırılıb. Hospital binası Milli Qvardiyanın əsgərləri tərəfindən nəzarətə götürülüb.

“Reuters” agentliyinin xəbərinə əsasən paytaxt Dəməşq şəhərində üsyançılarla hökumət qüvvələri arasında dördüncü gündür davam edən döyüşlər artıq Prezident Sarayının yaxınlığında gedir. Bu gün səhər üsyançılar “Xalq sarayı” adlanan hökumət binaları kompleksində yerləşən hərbi hissəyə hücum cəhdi ediblər. Hərbi hissə ilə Prezident Sarayı arasında bir neçə yüz metrlik məsafə var. Hücumun nəticələri haqda hələlik məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR