Bank Of Baku

Dəməşqdə baş verən partlayışda Suriya Ali Təhlükəsizlik Şurasının sədri yaralanıb

Dəməşqdə baş verən partlayışda Suriya Ali Təhlükəsizlik Şurasının sədri yaralanıb
# 18 iyul 2012 14:00 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın nəzarətində olan “El-Aləm” kanalı baş verən partlayışda Suriya Ali Təhlükəsizlik Şurasının sədri Hişam Bəxtiyarın yaralandığını bildirib. Hələlik bununla bağlı rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, bir qədər əvvəl Dəməşqdə Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına gerçəkləşdirilən terror hücumu zamanı müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini (prezident Bəşər Əsədin yeznəsi) və daxili işlər naziri öldürülüb. Terror aktı nəticəsində daha 15 nəfərin yaralandığı bildirilir. Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb. Partlayışı prezident BƏşər Əsədin cangüdənlərindən birinin törətdiyi iddia olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR