Bank Of Baku

Suriyada baş verən terror aktında sabiq müdafiə nazirinin öldüyü də açıqlanıb

Suriyada baş verən terror aktında sabiq müdafiə nazirinin öldüyü də açıqlanıb
# 18 iyul 2012 17:15 (UTC +04:00)
Bakı-APA. Suriya dövlət televiziyası Dəməşqdə bu gün törədilən terror aktında keçmiş müsafiə naziri Hasan Türkmani ilə Suriya Təhlükəsizlik İdarəsinin İstintaq Departamenti sədri Hafiz Mahlufun da öldüyünü təsdiq edib.

Xatırladaq ki, APA-nın məlumatına görə, bir müddət əvvəl Suriya Dövlət Televiziyasına açıqlama verən el-Feic partlayış zamanı müdafiə naziri Davud Raciha və onun müavini Asif Şevketin öldüyünü təsdiqləyib. O, daxili işlər nazirinin partlayışda yaralanması, yaxud ölməsi ilə bağlı məlumatlara münasibət bildirməyib.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda terror aktı zamanı daxili işlər nazirinin yaralandığı və xəstəxanada dünyasını dəyişdiyi bildirilirdi. Digər məlumatlara görə, terror aktı zamanı yaralananlar arasında Ali Təhlükəsizlik Şurasının sədri Hişam Bəxtiyar da var.

Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb. Partlayışı prezident Bəşər Əsədin cangüdənlərindən birinin törətdiyi iddia olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR