İsrailin baş naziri Bolqarıstandakı partlayışıa görə İranı günahlandırıb
18 iyul 2012 22:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu Bolqarıstanda İsrail vətəndaşlarına qarşı baş verən terror aktına görə İranı günahlandırıb. APA-nın məlumatına görə, B. Netanyahu bildirib ki, İran son aylar Tailand, Hindistan, Gürcüstan, Keniya, Cənubi Kipr və digər ölkələrdə İsrailə vətəndaşlarına qarşı bu cür terror aktları tərədib: “Bu hücumun da arxasında İranın olduğuna inanırıq. İranın terror hücumu bütün dünyaya yayılır. Biz buna sərt şəkildə cavab verəcəyik”.
Qeyd edək ki, sBolqarıstanın Burqas şəhərindəki hava limanında İsrail turistlərini daşıyan avtobus partladılıb. Nəticədə azı 7 nəfər ölüb, 20-dən çox adam isə yaralanıb. Şahidlərin dediklərinə görə, bir nəfər naməlum şəxs avtobusa girib və bu vaxt güclü partlayış baş verib. Kurort şəhəri olan Burqas paytaxt Sofiyanın 400 kilometrliyində yerləşir. Hava limanı bağlanıb və bütün reyslər Varna şəhərindəki limana keçirilib. Bolqarıstan israilli turistlərin ən çox səfər etdiyi ölkələrdən biridir.

Asiya
Şimali Koreya Yapon dənizinə ballistik raket buraxıb
10:37
17 may 2024
Si Cinpin: “Ukrayna böhranının həlli üçün təhlükəsizlik mexanizmi yaradılmalıdır”
23:27
16 may 2024
Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Səlahəddin Dəmirtaş və digərlərinə hökm oxunub - YENİLƏNİB
18:18
16 may 2024
Hindistanda avtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb
12:22
16 may 2024