Bank Of Baku

Mahmud Əhmədinejad: “Biz çox çətin bir müharibə ilə qarşı-qarşıyayıq”

Mahmud Əhmədinejad: “Biz çox çətin bir müharibə ilə qarşı-qarşıyayıq”
# 19 iyul 2012 23:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad ölkədə iqtisadi problemlərə toxunub. APA-nın İran prezidentinin rəsmi saytına (president.ir) istinadən məlumatına görə, M. Əhmədinejad xalqın yaşadıqlarını anladıqlarını, ancaq bu çətin günlərin geridə qalacağını bildirib. İran prezidenti deyib ki, ölkədəki işsizlik və bahalıq başda olmaqla bütün iqtisadi problemlərin fərqindədirlər: “Biz xalqdan uzaq və ayrı yaşamırıq. Nələr olduğunu anlayırıq. Ancaq biz çox çətin bir müharibə ilə qarşı-qarşıyayıq. Düşmənlərimiz bizə qarşı səssiz-sədasız bütün güclərini birləşdirmiş vəziyyətdədir. Düşmənlər gecə-gündüz çalışır. Biz yeni bir yol açar-açmaz dərhal hücuma keçir və bu müharibə davam edir. Bu məsələnin detallarını gələcəkdə açıqlayacağam”.
İran prezidenti vurğulayıb ki, düşmən zərbə vurur, ancaq qarşılığında da zərbə alır: “Bəzən də vurduğundan daha çox zərbə alır. Düşmənlər İranın inkişafından, irəliləməsindən narahatdırlar. Onlar uzun, hətta orta müddətli istəklərini qəbul etdirəcəklərini düşünürlər, ancaq səhv edirlər. Düşmənlər İran xalqından yeyəcəyi sillə nəticəsində geri çəkiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR