Bank Of Baku

Terror aktı zamanı yaralanmış Suriya Baş Təhlükəsizlik İdarəsinin rəhbəri xəstəxanada vəfat edib - FOTO

Terror aktı zamanı yaralanmış Suriya Baş Təhlükəsizlik İdarəsinin rəhbəri xəstəxanada vəfat edib - <font color=red>FOTO</font>
# 20 iyul 2012 16:57 (UTC +04:00)
Bakı – APA. Suriya Baş Təhlükəsizlik İdarəsinin rəhbəri general Hişam İxtiyar xəstəxanada vəfat edib. APA-nın məlumatına görə, bu barədə Suriya dövlət televiziyası açıqlama yayıb.

71 yaşlı H.İxtiyar iyulun 18-də Dəməşqdə Suriya hökumətinin yüksək rütbəli məmurlarına qarşı törədilən terror aktı zamanı yaralanıb və iki gündən sonra dünyasını dəyişib. Suriya prezidenti Bəşər Əsəd və BƏƏS partiyasının rəhbərliyi generalın vəfatı ilə bağlı rəsmi nekroloq yayıb.

Qeyd edək ki, Suriyada Baş Təhlükəsizlik İdarəsi əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıq, siyasi izləmə və yadfikirliliklə mübarizə kimi işlərlə məşğuldur. Qurum cəmiyyətin bütün təbəqələri arasında agentlərə malik amansız idarə kimi tanınır.

Qeyd edək ki, iyulun 18-də Suriya Milli Təhlükəsizlik Xidmətinin binasında törədilən terror aktı nəticəsində müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini (Bəşər Əsədin yeznəsi) Asif Şevkət, sabiq müdafiə naziri Məhəmməd Türkmən ölüb, bir neçə nəfər, o cümlədən Suriyanın daxili işlər naziri İbrahim el-Saar və Hişam İxtiyar yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə götürən müxalif Suriya Azadlıq Ordusu hadisənin intihar hücumu olmadığını bildirib. Müxalifət liderlərindən biri “Assosiated Press”ə telefonla verdiyi açıqlamada generallar və nazirlərin birgə iclasının keçirildiyi salona bomba yerləşdirdiklərini bildirib. Bundan əvvəl yayılan xəbərlərdə kamikadze hücumunu prezident Bəşər Əsədin mühafizəçilərindən birinin həyata keçirdiyi bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR