Bank Of Baku

İranda sel və daşqınlar ciddi fəsadlar törədib

İranda sel və daşqınlar ciddi fəsadlar törədib
# 21 iyul 2012 10:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Gülüstan vilayətində yağan güclü leysan nəticəsində baş verən sel və daşqınlar ciddi fəsadlar törədib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, daşqınlar Əliabad kəndində 2 nəfərin ölməsinə səbəb olub. Bundan əlavə, vilayətin Hüseynabad, Baharan, Kamalabad, Bəndərgəz və digər bölgələrdə evlərə və mağazalara külli miqdarda ziyan dəyib, su və kanalizasiya xətləri sıradan çıxıb, Kordkoy-Bəndərgəz magistral yolu bağlanıb. Qeyd edək ki, iyulun 16-da Gülüstan əyalətinin Rudsər şəhərində də sel və daşqınlar baş verib, nəticədə 3 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR